Gürcüstanda aparılan sorğunun nəticələrinə əsasən, ölkə əhalisinin cəmi 9,27 faizi prezident Mixail Saakaşviliyə etibar edir. ANS PRESS-in “Seqodnia.ru”ya istinadən verdiyi xəbərə görə, soruşulanların 2,79 faizi baş nazir Nika Qilauriyə, 1,92 faizi isə daxili işlər naziri Vano Merabişviliyə etibar etdiyini bildirib.
Sorğunun nəticələrinə görə, Gürcüstan rəhbərliyinin digər nümayəndələrinə ölkə əhalisi heç 1 % də etibar etmir. /ANS PRESS/