Gürcüstan Avropaya can atır
15 Dekabr 2010 Çərşənbə 22:50
Tornike Qordadze: "Ümid edirik ki, bir neçə ildən sonra Avropa Birliyi ilə vizasız rejimə malik olacağıq"
Rəsmi Tiflis ümid edir ki, gələcəkdə Avropa Birliyi ilə Gürcüstan arasında viza rejimi tam şəkildə ləğv ediləcək. Bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Tornike Qordadze jurnalistlərə açıqlamasında bildirib. “Bu, davam etməli olan və dərinləşən ilk mərhələdir. Ümid edirik ki, bir neçə ildən sonra Avropa Birliyi ilə vizasız rejimə malik olacağıq”,- deyə XİN nümayəndəsi bildirib.

Qeyd edək ki, dekabrın 12-də Avropa Birliyinin qanunverici orqanı Gürcüstanla viza rejiminin sadələşdirilməsi və readmissiya haqda sazişi təsdiq edib.

Qərara əsasən, viza rejimininin sadələşdirilməsi müəyyən kateqoriyalı vətəndaşlar üçün viza almaq prosedurunu asanlaşdırır. Buraiş adamları, tələbələr, alimlər və jurnalistlər daxildir. Vizanın qiyməti bütün Gürcüstan vətəndaşları üçün 60 avrodan 35 avroya kimi endirilib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar