Gürcüstan ABŞ-dan 242 milyon dollar alacaq
02 May 2009 Şənbə 00:50
Maliyyə yardımı şəklində ayrılan vəsaitin böyük hissəsi energetika və bank sektoruna yönəldiləcək

Bu yayın sonunadək Gürcüstan ABŞ-dan maliyyə yardımı şəklində 242 milyon dollar alacaq. ANS PRESS, «Novosti-Qruziya» agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Gürcüstanın baş naziri Nikoloz Qilauri verib. Onun sözlərinə görə, bu vəsait ABŞ hökuümətinin 2008-ci ildə qəbul etdiyi yardım qərarının bir hissəsidir. Baş nazir vəsaitin sərf olunacağı sahələri də açıqlayıb: «242 milyon dolların 20 milyonunu hüquq-mühafizə orqanları və sərhəd polisi alacaq, 20 milyon qeyri-hökumət sektorunun dəstəklənməsinə və qrantlara ayrılacaq. Vəsaitin 133,5 milyon dolları iqtisadi dəstəkdir və əsasən energetika və bank sektoruna yönəldiləcək. 68,5 milyon dollardan isə qaçqınların yaşayış problemlərinin həllinə sərf olunacaq». /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar