Gürcüler Türkiyede rekord qırdılar
06 May 2013 Bazar Ertəsi 04:02
Əcnəbilər Türkiyədə xidmətçilik, dayəlik və xəstə baxıcılığı ilə məşğuldur.
Qonşu ölkələrdən gedərək Türkiyədə işləyən əcnəbilərin sayı çoxalıb. Türkiyə Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin hazırladığı hesabata görə, ötən il müraciət edən 32 285 nəfər əcnəbiyə bu ölkədə çalışmaq üçün izn verilib. Məlumata görə, müraciət edənlərin 27.8 faizi xidmətçilik, dayəlik və xəstə baxıcılığı ilə məşğuldur.
Qeyd edək ki, nazirliyin hesabatına görə, Türkiyəyə işləməyə gələn ölkələr arasında Gürcüstan, Ukrayna, Almaniya, ABŞ, İran, İngiltərə, Özbəkistan, İndoneziya, Yunanıstan, Cənubi Koreya, Avstriya, İsveç və s. var.
Işləmək üçün müraciət edərək ən çox izn alan ölkələr:
Ölkə..............İzn sayı Nisbət (%)
Gürcistan........6.440 19,9
Ukrayna..........2.604 8,1
Çin..................2.448 7,6
Rusya..............2.214 6,9
Türkmenistan..1.422 4,4
Almanya.........1.126 3,.5
ABD................960 3,0
Moldova..........953 3,0
İran..................831 2,6
İngiltere...........830 2,6
DOSTLARINLA PAYLAŞ: