Gürcülər sərhədlərin açılmasına hazırlaşır
03 Oktyabr 2009 Şənbə 18:15
Artıq Ermənistandan Rusiyaya yükdaşımaların tranzit tarifinə razılıq verilib
Artıq Gürcüstanda Ermənistan-Türkiyə sərhədlərinin açılmasına hazırlaşırlar. “Gürcüstan Dəmir Yolu” şirkəti Ermənistandan Rusiyaya və əks istiqamətdə yükdaşımaların tranzit tarifinə razılıq verib. Xəbərdə bildirilir ki, “Rusiya Dəmir Yolları” artıq d/y – bərə – d/y marşrutu üzrə daşımaların və tranzit tariflərinin qaydasını təsdiq edib.

Ermənistan-Rusiya yükdaşımalarını “Cənubi Qafqaz Dəmir Yolu”, “Gürcüstan Dəmir Yolu”, "Black Sea Ferry və Investments" və “Rusiya Dəmir Yolları” şirkətləri həyata keçirəcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar