Gürcülər erməni saxtakarlığı ilə mübarizə aparır
16 Yanvar 2011 Bazar 17:50
Qriqol Vaşadze: "Bu çox xoşagəlməz bir haldır".
Kaliforniyada gürcü çaxırı və mineral su brendlərinin Ermənistan malları kimi satıldığı üzə çıxıb. Kaliforniyada bu içkiləri istehsal edən erməni şirkətləri də aşkar edilib. Dərhal bu barədə Gürcüstanın Amerikadakı səfirliyi məlumatlandırılıb. Gürcü mətbuatının verdiyi məlumata görə, hətta bu məsələnin Gürcüstan prezidenti Mixail Saakaşvilinin Ermənistana səfəri zamanı qaldırılacağı da gözlənilir. Bu ölkənin xarici işlər naziri Qriqol Vaşadzenin ANS-ə verdiyi məlumata görə, artıq gürcü höküməti məsələ ilə bağlı vəziyyəti araşdırmağa başlayıb. İlk olaraq, 18 adda çaxır növünə Lissabon müqaviləsinə əsasən xaricdə müdafiə olunmağa zəmanət veriləcək.
“Bu çox xoşagəlməz haldır. Biz bununla bağlı müvafiq dairələrlə danışıqlar aparırıq. Gürcüstana aid coğrafi göstəricilərin adlarının, gürcü brendlərinin dəyişdirilməsi sırf Gürcüstanın xüsusi patent şirkətlərinin məşğul olduğu bir məsələdir. Biz bununla məşğul oluruq. Nəzərinizə çatdırmaq istəyirəm ki, 2011-ci ilin yazında Gürcüstan Avropa Birliyilə bizim qida məhsullarının coğrafi göstəricilərinə və adlandırılmasına dair xüsusi bir razılaşma imzalayacaq. Bu o deməkdir ki, bütün Gürcüstan brendləri ciddi şəkildə Avropa Birliyi və digər ölkələrin qanunvericiliyinə müvafiq olaraq qorunacaq”, - deyə Qriqol Vaşadze qeyd edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: