Gürcülər Avropa ölkələrinə vizasız gedəcək
25 Fevral 2013 Bazar Ertəsi 21:44
Gürcüstan Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsinə dair tədbirlər planını alıb.
Gürcüstan Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsinə dair tədbirlər planını alıb. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, bu sənədi Gürcüstanın xarici işlər naziri Maya Pancikidzeyə Avropa Birliyinin daxili məsələlər üzrə avrokomissarı Sesiliya Malstrem verib.
M. Pancekidzenin sözlərinə görə, Malstremin səfərini gürcü tərəfi Avropa İttifaqının Gürcüstana daha bir dəstəyi kimi qiymətləndirir: “Bu səfər ölkəmizin Avropa ölkələri ilə vizasız rejimə keçməsi ilə bağlı danışıqların növbəti mərhələsinə başlamasına və qanunvericilikdə ilkin tədbirlər planının yaradılması prosesinə başlanılmasına şərait yaradacaq”.
M. Pancekidze bildirib ki, Gürcüstan vətəndaşlarının vizasız Avropa ölkələrinə gedib-gəlişi və Avropa İttifaqında yeni perspektivlərin açılması Gürcüstan üçün olduqca böyük strateji əhəmiyyət kəsb edir: “Bu, bizim xalqımızın gələcəkdə Avropa İttifaqı ölkələri və xalqları arasında əlaqələrin yaradılması üçün ən effektiv mexanizmdir”.
DOSTLARINLA PAYLAŞ: