Gürcü qızları bakirəlik testinə qarşı çıxacaq
29 İyul 2013 Bazar Ertəsi 22:44
"Bakirəlik institutunu bağladaq" şüarı altında keçiriləcək aksiya yerli vaxtla saat 19:00-a planlaşdırılıb.
Gürcüstanda "Müstəqil feminist qızlar" qrupu iyulun 30-da Tbilisidə milli ekspertiza bürosunun binasının qarşısında qızların bakirəlik testinə etiraz aksiyası keçirməyi planlaşdırır.
ANS PRESS gürcü mətbuatına istinadən bildirir ki, "Bakirəlik institutunu bağladaq" şüarı altında keçiriləcək aksiya yerli vaxtla saat 19-a planlaşdırılıb.
Təşkilatın "Facebook" səhifəsində bildirilir ki, 400 adam sözügedən aksiyada iştirak etmək barədə niyyət bildirib.
Sözügedən büro qadınların bakirəliyinin müəyyən edilməsi ilə məşğuldur. Hər il yaşı 35-40 arasında dəyişən 200-ə qədər qadın bu quruma müraciət edərək bakirəlik sənədi alırlar. Bu cür ekspertizanın qiyməti 175 laridir (107 dollar). Qərar dörd-beş günə verilir.
DOSTLARINLA PAYLAŞ: