Gürcü naziri Ermənistana toya gedir
18 Sentyabr 2009 Cümə 16:45
Vano Merabişvili ermənistanlı həmkarının qızının toyunda iştirak edəcək
Gürcüstanın daxili işlər naziri Vano Merabişvili İrəvana qeyri-rəsmi səfərə gedəcək. Vano Merabişvili Ermənistan polisi rəhbərinin qızının toyuna dəvət edilib. Toy həftəsonu keçiriləcək.
Ermənistan polisinin mətbuat xidmətindən bildirilib ki, onlarda bu barədə məlumat yoxdur. “Kimisə toya çağırmaq hər bir adamın şəxsi işidir”, - deyə mətbuat xidmətindən deyiblər.
DOSTLARINLA PAYLAŞ: