Gürcü ekspert: “Saakaşvili Sarkisyanı inandırmağa çalışacaq”
22 Yanvar 2011 Şənbə 03:05
“Prezidentlər Rusiya-Ermənistan qaz kəmərinin Azərbaycana satışını müzakirə edəcəklər”.
“Ermənistan və Gürcüstan əsrlərdir regionda qonşudurlar və onlar arasında yüksək səviyyəli görüşlər vacibdir”. Bunu NEWS.am saytına açıqlamasında gürcüstanlı ekspert Paata Zakareişvili Gürcüstan prezidenti Mixail Saakaşvilinin Ermənistana səfirini şərh edərkən deyib. Onun fikrincə, “həhdsiz ambisiyalarla nazlanan Gürcüstan hakimiyyəti yerə edib və anlayıb ki, regiondan yaxın heç kim ola bilməz”. Paata Zakareişvili hesab edir ki, rəsmi Tiflisin Cənubi Qafqazdakı fəallığı bununla bağlıdır və Mixail Saakaşvilinin İrəvana səfərinə məhz bu kontekstdə yanaşmaq lazımdır: “Qonşu ölkələr arasında siyasi dialoqun yüksək səviyyəsini qorumaq üçün belə görüşlər vacibdir. Bundan başqa, görüşdə bu gün üçün aktual məsələlər, o cümlədən, Ermənistan yüklərinin Gürcüstan vasitəsilə daşınması, Rusiyadan Ermənistana qaz nəql edən kəmərin Gürcüstan tərəfindən Azərbaycana satılması mütləq müzakirə ediləcək”. Politoloqun fikrincə, Mixail Saakaşvili Serj Sarkisyanı qaz kəmərinin satışı məsələsinə yumşaq nöqteyi-nəzərdən yanaşmağa inandırmağa çalışacaq: “Gürcüstan layihəni satmaqda maraqlıdır. Şəxsən mən bunun əleyhinəyəm Çünki bu halda Gürcüstan kəmərə nəzarəti itirəcək və bu, qaz kəmərinin Rusiyanın əlinə keçməsi ilə nəticələnə bilər. Lakin mən əminəm ki, satış sırf kommersiya xarakteri daşıyır. Əgər qaz kəməri satılası olsa, daha sərfəli şərtlər təklif edən tərəfə üstünlük veriləcək”.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ötən ilin noyabrında ANS-ə açıqlamasında ARDNŞ-nin Gürcüstanın qaz şəbəkəsinə tam nəzarət etmək niyyətində olduğunu və Ermənistana yanacaq nəql edən magistral kəmərin özəlləşdirilməsində də iştirak edəcəfini bildirmişdi: “İndi Gürcüstanın neft korporasiyası ilə danışıqlar aparılır ki, onu əldə edək. Bu boru kəməri özəlləşməyə çıxarılana və ya idarəetməyə verilənə qədər biz onu almağa hazır olacağıq”, - deyə Rövnəq Abdullayev vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: