Gürcü biznesmen Ermənistanda həlak oldu
03 Fevral 2014 Bazar Ertəsi 23:53
"Armentel"in kommersiya direktoru Arçil Maqradze qarda ilişərək donub.
Ermənistanın ən iri mobil rabitə şirkəti "Armentel"in kommersiya direktoru Arçil Maqradze faciəli şəkildə dünyasını dəyişib.

ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, 35 yaşlı Maqradze Tsaxkadzora (Dərəçiçək) snoubordda sürüşməyə gedib. O, azaraq dərəyə düşüb. "Piyada qalxmağa çalışıb, amma qara ilişib qalıb və donub", - deyə mənbə bildirib. Onun sözlərinə görə, həmin gün Dərəçiçəkdə çox soyuq olub.

Baş verən hadisə ilə bağlı cinayət işi başlayıb. Arçil Vaxtanqoviç Maqradzenin cəsədi fevralın 3-də Çəmbərəkdəki "Ttu cur" (Turş su) istirahət məkanında tapılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar