Gürcü arzusu Qaribaşvilini destekledi
02 Noyabr 2013 Şənbə 20:20
Bidzina İvanişvili terefinden baş nazir postuna namizedliyi ireli sürülen İrakli Qaribaşvili hazırki nazirin yoluna sadiq qalacağını ved edib.
Gürcüstanın hakimi “Gürcü arzusu” koalisiyası hazırkı daxili işlər naziri İrakli Qaribaşvilinin baş nazir vəzifəsinə namizədliyini dəstəkləyib. ANS PRESS gürcü mətbuatına istinadən bildirir ki, bu barədə bu gün parlamentin prosedur məsələləri komitəsinin sədri İrina İmerlişvili bildirib.

İrakli Qaribaşvili isə öz növbəsində bu gün vəd edib ki, Bidzina İvanişvilinin başladığı yolu davam etdirmək üçün əlindən gələni edəcək. O vəd edib ki, İvanişvilinin başladığı quruculuq yolunu davam etdirəcək.

Gürcüstanın yeni seçilən prezidenti Georgi Marqvelaşvili də yeni baş nazir postuna Qaribaşvilinin namizədliyini dəstəkləyib və haqqında yüksək fikirlər səsləndirib. "Mən şadam ki, İrakli ilə yaxşı işgüzar əlaqələrimiz olacaq",

Qeyd edək ki, öz səlahiyyətlərini dayandırmaq istəyən Gürcüstan baş naziri Bidzina İvanişvili bu gün öz yerinə 31 yaşlı İraklii Qaribaşvilinin namizədliyini təklif edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar