Günəşdə partlayış baş verib
09 Dekabr 2010 Cümə Axşamı 04:05
Partlayış vaxtı meydana gələn alov diliminin uzunluğu 700 000 km qeydə alınıb
Amerika Kosmik Araşdırmalar Agentliyi (NASA) dekabrın 6-da baş vermiş partlayışın şəklini çəkib. NASA-ya bağlı fəaliyyət göstərən “Günəş Dinamikası Rəsədxanası” (Solar Dynamics Observatory) əldə olunan görüntünü alovdan ilana oxşadır. Qeyd edək ki, partlayış vaxtı meydana gələn alov diliminin uzunluğu 700 000 km qeydə alınıb ki, bu da yerlə ay arasındakı məsafənin iki qatıdır. Günəşin cənub-şərq hissəsində qamçı kimi uzanan alov 5 500 dərəcə hərarəti olan maqnetik qazlardan ibarətdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar