Günəbaxan tumu çıtlamaq qadağan olundu
16 İyul 2013 Çərşənbə Axşamı 01:19
Qadağanı pozanlar 50 avro cərimə ödəyəcək.
Rumıniyanın Qiurqiu mahalında ictimai yerlərdə günəbaxan tumu çırtlamaq qadağan olunub. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Bələdiyyə Başçısı Nikola Barbu ətraf mühitin təmizliyinin qorunması məqsədilə küçə, park kimi ictimai yerlərdə tum çıtlamağı qadağan edib.
O, qadağanı pozanların 50 avro ödəməli olacağını deyib: “Hər səhər park, bağça və digər yaşıllıq sahələrindəki bankların ətrafı xalça kimi tum qabıqları ilə örtülür. Ətraf mühitin təmizliyi baxımından belə bir qərar almaq məcburiyyətində qaldıq”.
Qeyd edək ki, iki il əvvəl ölkənin Braila mahalının bələdiyyəsi də oxşar qadağa elan edib, ancaq bu vərdişin qarşısını ala bilməyib.
DOSTLARINLA PAYLAŞ: