Gümrü hərbi bazasının Ermənistanda qalacağı təsdiqlənib
04 Avqust 2010 Çərşənbə 12:00
Gümrü hərbi bazasının qalma müddətinin uzadılması barədə protokol imzalanması nəzərdə tutulub.
Ermənistan ərazisində 102 saylı rus hərbi bazasının qalma müddətinin uzadılması barədə İrəvan və Moskva arasında protokolun imzalanacağı təsdiqlənib. Ermənistanın İctimai Televiziyasının yaydığı məlumata görə, bunu ölkənin Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan rəsmi şəkildə bəyan edib.

O bildirib ki, Rusiya ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlıq yüksək səviyyədədir.

Xatırladaq ki, Gümrüdəki 102-ci Rusiya hərbi bazası 1953-cü ildə Zaqafqaziya hərbi dairəsinin 7-ci qvardiya ümumqoşun ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. 102-ci bazanın sərəncamında 100-ə qədər tank, 300-ə yaxın zirehli maşın, artilleriya sistemləri və müxtəlif növ zenit-raket kompleksləri var. Hərbi bazadakı şəxsi heyətin sayı isə 4 min nəfərdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar