GülSarkisyana məktub yazıb
14 Fevral 2011 Bazar Ertəsi 16:52
Türkiyə Ermənistandan dəstək istəyəcək
Türkiyə öz namizədinin ATƏT-in baş katibi vəzifəsinə seçilməsi üçün Ermənistandan dəstək istəyəcək. ANS PRESS-in "Habertürk" portalına istinadən verdiyi məlumata görə, bu məqsədlə Türkiyə dövlət başçısı Abdullah Gül ermənistanlı həmkarı Serj Sarksiyana məktub yazıb.
Məktub Türkiyənin baş katibliyə namizəd, səfir Ersin Erçin vasitəsilə mart ayında erməni prezidentinə təqdim ediləcək. Bununla da, rəsmi Ankara diplomatik münasibətlərinin olmadığı Ermənistana qarşı önəmli addım atmış olur.
İki ölkə arasında münasibətlərin normallaşma prosesinin dondurulduğu bir zamanda Ankaranın İrəvandan rəsmi səviyyədə dəstək istəməsinə münasibət bildirən səfir Ersin Erçinin sözlərinə görə, Türkiyə prezidentinin məktubu xoşniyyətli bir jest olaraq qəbul olunmalıdır. Diplomat Ermənistana Abdullah Gülün özəl təmsilçisi olaraq gedəcəyini söyləyib.
"Məktubda Türkiyənin ATƏT-də tam tərəfsizliyi qeyd olunur. Heç bir baş katib Türkiyə kimi tərəfsiz ola bilməz", deyə E. Erçin qeyd edib.
DOSTLARINLA PAYLAŞ: