Gülnarə Kərimovanın əmlakı əlindən alındı
17 Fevral 2014 Bazar Ertəsi 23:41
Prezident qızının təsisçisi olduğu Forum Fondunun binası Daşkənd adminstrasiyasının hesabına keçib.
Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərmiovaya məxsus təşkilatın ofisi yerləşən bina Daşkənd iqtisad məhkəməsi tərəfindən dövlətin xeyrinə müsadirə edilib.
ANS PRESS “Uznews.net”ə istinadən bildirir ki, 7729 kv.m.-lik ərazidə iki bina, qaraj sahəsi və torpaq sahəsi, ofis binaları yerləşib. Həmin ofis binalarının bir qismini Gülnarə Kərimova ilə bağlayırlar.
Gülnarə Kərimovanın təsisçisi olduğu Forum Fondunun əməkdaşlarından biri bildirib ki, fevralın 10-da ofisə məhkəmə pristavları gəliblər və məhkəmə qərarı göstəriblər. Qərarda deyilib ki, bina Daşkənd adminstrasiyasının hesabına keçib. Nə Gülnarə Kərimovanın, nə də Fondun işçilərinin qərardan xəbəri olmayıb. Çünki onları məhkəməyə dəvət etməyiblər.
DOSTLARINLA PAYLAŞ: