Gülnarə Kərimova yarım il ev dustağı olub
22 Avqust 2014 Cümə 13:45
Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova yarım il ev dustağı olub.
ANS PRESS-in məlumatına görə, bu informasiyanın doğruluğu BBC-yə göndərilmiş audio yazılardan bəlli olub.

Yazılarda Kərimova onunla və onun qızıyla "itdən də pis” rəftar olunduğu barədə danışır.

Daha yaxın vaxtlarda Gülnarə Kərimova Mərkəzi Asiyanın ən nüfuzlu insanları sırasına daxil edilmişdi. Şayiələr gedirdi ki, o, prezident postunda İslam Kərimovun varisi ola bilər.

Ancaq bu ilin başlanğıcında məlum oldu ki, atasıyla münaqişələrə görə Gülnarə öz təsirini itirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar