Gülnarə Kərimova Özbəkistanda girov olduğunu iddia edir
01 May 2014 Cümə Axşamı 12:10
Gülnarə Kərimova deyir ki, İslam Kərimov sadəcə sübut etməyə çalışır ki, başçı odur.
Özbəkistan mətbuatında prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın yeni məktubunun məzmunu yayılıb. ANS PRESS-in məlumatına görə, Gülnarə Kərimova məktubunda niyə depressiyaya düşməsindən söz açır.
“Qızım və mən 15 ildir ki, düşdüyümüz vəziyyətin əsiriyik, girovuyuq. Lakin vəziyyətdən çıxmağa çalışıram. Bir dəfə İman (qızı-red.) xəstələnmişdi. Müalicəyə ehtiyacı vardı. Aparmaq istəmirdilər. Lakin bədənimdə başlayan güclü ağrılardan sonra onlar mənim qızımı müayinəyə apardılar”, məktubda deyilir.
Gülnarə Kərimova deyir ki, İslam Kərimov sadəcə sübut etməyə çalışır ki, başçı odur.
Qeyd edək ki, Gülnarə Kərimova 15 yaşlı qızı İmanla birlikdə 2 aydan çoxdur ki, Daşkənddə ev dustağıdır.
DOSTLARINLA PAYLAŞ: