Güllə ilə öldürülən hamilə qadının körpəsi sağ qaldı
05 Noyabr 2010 Cümə 06:45
Körpə hal-hazırda xəstəxananın reanimasiya şöbəsindədir.
Türkiyə İstanbul şəhərinin Ümraniyə rayonunda sevgilisi tərəfindən güllə ilə vurulan 8 aylıq hamilə qadın ölsə də tibbi müdaxilə ilə dünyaya gətirilən körpəsi sağ qaldı. Məlumata görə, ailəli olan 32 yaşlı YK qeyri-qanuni münasibəti olduğu MG ilə küçədə mübahisə etməyə başlayıb. tərəflər arasında başlayan dava-dalaşdan sonra isə MG silahla YK-nı başından vuraraq öldürüb. Xəstəxanaya çatdırılan YK-nın körpəsi tibbi əməliyyatla götürülüb. Körpə hal-hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Hadisə yerindən qaçan MG isə bir müddət sonra polisə təslim olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: