Gülhanə Hərbi Tibb Akademiyasının komandanı həbs edilib
05 Aprel 2010 Bazar Ertəsi 15:00
Türkiyədə “Balyoz” hərbi çevriliş planı iddiası ilə bağlı aparılan istintaq çərçivəsində növbəti həbs dalğası başlayıb.
APA-nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, aprelin 5-də səhər Ankara, İzmir və Çanaqqala şəhərlərində polis tərəfindən həyata keçirilən əməliyyat zamanı 10 nəfər həbs edilib. Saxlanılanlar arasında Gülhanə Hərbi Tibb Akademiyasının komandanı, general Tuncay Çakan da var.

Xatırladaq ki, aprelin 1-də məhkəmə “Balyoz” istintaqı çərçivəsində daha öncə barələrində həbs qətimkan tədbiri seçilmiş 21 hərbçini azadlığa buraxmışdı. Lakin prokurorların protestindən sonra bu şəxslər yenidən həbs edilib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar