GUAM ölkələri XİN başçıları sentyabrın 25-də görüşəcəklər
17 Sentyabr 2009 Cümə Axşamı 10:50
Laçın Sultanova - APA. GUAM-a üzv ölkələrin xarici işlər nazirləri Şurasının növbəti iclasının dəqiq tarixi məlum olub.
APA-nın məlumatına görə, nazirlər sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 64-cü sessiyası çərçivəsində görüşəcəklər. Bu qərar GUAM milli koordinatorlarının Kiyevdə keçirilən 17-ci iclasında qəbul edilib.

Milli koordinatorlar nazirlərinin görüşünün gündəliyini də müzakirə ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar