Greenpeace təşkilatından növbəti qeyri-adi aksiya
10 Dekabr 2010 Cümə 04:55
Dünyanın müxtəlif yerlərində olan memarlıq əsərləri Meksika dənizində batırılıb
Beynəlxalq ekologiya təşkiatı olan “Greenpeace” Meksikada növbəti qalmaqallı etiraz aksiyası keçirib. Meksikanın Kankun şəhərində BMT iqlim konfransının keçirildiyi bu günlərdə təşkilat üzvləri “Azadlıq” heykəli, “Eyfel” qülləsi, “Tac Mahal” və s məhşur memarlıq əsərlərinin maketini dənizdə batırıb. Təşkilat suya batırılmı əsərlərlə, tədbir görülməsə məruz qalacağımız təhlükə barədə xəbərdarlıq etdiyini bildirib.

Aksiya barədə açıqlama verən təşkilat rəsmisi Kumi Naido bu hərəkətin dünya liderlərinə iqlim dəyişikliyinin hal-hazırda davam etməsi və yüzlərlə insanın həyatına son verməsi barədə təsirlərini xatırlardığını bildirib. Təşkilat rəsmisi həmçinin liderlərin iqlim fondu yaratmaq və ekologiyanı qorumaq üçün hələ də şansları olduğunu deyib.

Qeyd edək ki, missiyası ekologiya və ətraf mühitidə baş vermiş problemlərə diqqəti cəlb etmək olan “Greenpeace” təşkilatı keçirdiyi qeyri-adi aksiyalarla hər zaman dünya mətbuatının gündəmində qalmağa nail olur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar