Gözəllik yarışmasının favoriti: "4 il əvvəl kişi idim"
21 Sentyabr 2011 Çərşənbə 17:01
22 yaşlı qadın maneken şok açıqlama ilə çıxış edib
Polşada keçirilən gözəllik yarışmasının favoriti hesab edilən qadın maneken maraqlı bəyanatla çıxış edib. O, 4 il əvvəl kişi olduğunu açıqlayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata əsasən, “Polands Next Top Model” adlı şou proqramının iştirakçısı olan 22 yaşlı Mihalina Manios cinsiyyəti ilə bağlı şok açıqlamanı növbəti mərhələyə keçmək üçün təşkil olunan səsvermədən öncə verib.
Polşanın Lodz şəhərində hermafrodit (həm kişi, həm də qadın) olaraq dünyaya gələn Manios 18 yaşına kimi kişi kimi yaşayıb. 18 yaşında isə əməliyyat olunaraq qadın olub.
DOSTLARINLA PAYLAŞ: