Gözdən itən təyyarədə yanacaq qurtarıb
01 İyun 2009 Bazar Ertəsi 16:35
Bunu Fransanın ekologiya və energetika naziri Jan Lui Borlo bildirib

 

Braziliya ətrafında yoxa çıxan Fransa Hava Yollarına məxsus təyyarədə yanacaq qurtarıb. Bu barədə BBC-nin məlumatına görə, Fransanın ekologiya və energetika naziri Jan Lui Borlo bildirib.
Borlo qeyd edib ki, təyyarə həm hərbi, həm də mülki radarlardan itib.
Braziliya hökumətinin verdiyi məlumata görə, təyyarə havaya qalxandan 3, 5 saatdan sonra yoxa çıxıb. Xatırladaq ki, təyyarənin göyərtəsində 216 sərnişin və 12 heyət üzvü var. Təyayrə Rio de Janeyro - Paris reysi həyata keçirirmiş. Hazırda Braziliya hərbi hava qüvvvələri Atlantik okeanında təyyarənin axtarışına başlayıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar