Gözdən əlil telefon təmirçisi
22 Noyabr 2011 Çərşənbə Axşamı 06:53
Tan əvvəl ailə üzvlərinin, sonra məhəllə yoldaşlarının telefonlarını təmir edərək təmirçiliyə başlayıb.
Türkiyənin Adana şəhərində yaşayan Mehmet Tan 15 il əvvəl davaya düşərək görmə qabiliyyətini itirib. Bu səbəblə məktəbə də gedə bilməyən Tan mobil telefonla maraqlanmağa başlayıb. Mehmet Tan əvvəl ailə üzvlərinin, sonra məhəllə yoldaşlarının telefonlarını təmir edərək həvəskar səviyyədə təmirçiliyə başlayıb. Az vaxt ərzində uğur əldə edən Tan peşəkar təmirçi olub. Əvvəllər ona iş vermək istəməyən iş sahibləri indi onun gördüyü işlərə təəccüb və razılıqla tamaşa edirlər.
Qeyd edək ki, Mehmet Tan daha uzun müddət bu sahədə işləməyi və özünü inkişaf etirməyi hədəfləyir.
DOSTLARINLA PAYLAŞ: