Gözdən əlil sərnişini təyyarəyə mindirmədilər
06 Oktyabr 2010 Çərşənbə 04:05
Şirkət rəsmiləri ilə görüşmək istəyən sərnişinə daxili nizamnamə səbəbilə bu işin çarəsinin olmadığı deyilib.
“Emirates” havayollarına aid “FlyDubai” şirkəti Dubaydan Əmmana uçmaq istəyən amerikalı kor sərnişinin təyyarəyə minməsinə izn vermədi. Amerika vətəndaşı Züheyr Mahmud “Assoşieyted-press” agentliyinə verdiyi məlumatda ABŞ-a qayıtmamışdan əvvəl bir müddət Əmmanda qalmaq məqsədilə bu şəhərə uçuş bileti aldığını, amma kor olduğu üçün tək başına təyyarəyə mindirilmədiyini bildirib.
Hadisədən sonra hava yolu şirkəti rəsmilərindən biri ilə görüşmək istədiyini deyən Mahmud ona, şirkətin daxili nizamnaməsi səbəbilə bu işin çarəsinin olmadığının deyildiyini bildirib.

Şirkət rəsmiləri isə hadisəyə görə, üzr istəyərək şirkətlərinin korlar və ya xüsusi köməyə ehtiyacı olanlar üçün heç bir ayrı seçkilik etmədiyini bildirib.

Bundan başqa şirkət Züheyr Mahmuda başqa bir reyslə pulsuz uçuş təklif edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar