Göydələn yerdələnə çevrilir
14 Oktyabr 2011 Cümə 10:35
Yerin altında 65 mərtəbəli bina tikiləcək.
Dünyada göydələnlərin sayının günü-gündən artdığı bir dövrdə Meksika yeniliyə imza atmaq niyyətinə düşüb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu ölkədə yerdələn inşa edilməsi planlaşdırılır. Yerin 300 metr altına enəcək 65 mərtəbəli binanın inşaat sahəsində son nöqtə olduğu bildirilir.

Bu qeyri-adi fikir paytaxt Mexikoda bundan sonra inşa ediləcək binalara 8 mərtəbə məhdudiyyəti qoyulandan sonra meydana gəlib.

Paytaxtdakı mərkəzi meydanda inşası nəzərdə tutulan binada evlər, ofislər, ticarət mərkəzləri, hətta muzey də olacaq. Yerdələn gün işığı ilə inşaatın başında yerləşdiriləcək 240x240 metrlik şüşənin köməyi ilə təmin ediləcək.

Qeyd edək ki, binanın yerin altında tərsinə çevrilmiş piramida formasında tikilməsi planlaşdırılır. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar