"Google" vitse-prezidentini itirəcək
05 Aprel 2011 Çərşənbə Axşamı 19:48
Conatan Rozenberq şirkəti tərk edəcəyini açıqlayıb
“Google” şirkətinin vitse-prezidenti Conatan Rozenberq şirkəti tərk edəcəyini açıqlayıb.
Ekspertlər top-menecerin bu addımını şirkətin baş direktoru vəzifəsinə Larri Peycin təyin olunması və “Google” şirkətinin daha çox texnoloji yönümlü inkişaf modelinə keçməsi ilə əlaqələndirir.
Conatan Rozenberq internet-layihələr, eləcə də “Android” əməliyyat sistemi daxil olmaqla, “Google”nin bütün əsas məhsullarının işlənib hazırlanması ilə məşğul olub. O, 2002-ci ildə “Google” şirkətinə gəlməzdən əvvəl “AtHome Corp”, “Apple” və texnoloji sektorun digər şirkətlərində çalışıb.
DOSTLARINLA PAYLAŞ: