Google öz məxfilik siyasətində dəyişiklik etdi
01 Mart 2012 Cümə Axşamı 15:52
Yeni məxfilik siyasəti Avropa ekspertlərinin narazılığına səbəb olub.
Google şirkəti bu gündən etibarən öz məxfilik siyasətini dəyişir. Avropa Birliyinin bu dəyişikliyin Avropa qanunvericiliyini poza biləcəyinə dair xəbərdarlığına baxmayaraq, Google axtarış sistemi daha az məxfi olmağa qərar verib.

Dəyişikliklərə əsasən, Google-un xidmətlərindən birindən aldığımız şəxsi məlumatlar Google-un Youtube, Gmail və Blogger kimi platformalarına da ötürülə biləcək. Google şirkətinin nümayəndələri bəyan ediblər ki, dəyişikliklər şirkətə axtarış müraciətlərinin nəticələrini daha yaxşı adaptasiya etməyə imkan verəcək.

Bir sıra ekspertlər Google-un yeni məxfilik siyasətinin şəxsi həyatın toxunulmazlığına dair Avropa qanunlarına zidd ola biləcəyini deyirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar