““Google”nin məruz qaldığı virtual hücum çox ciddidir”
03 İyun 2011 Cümə 02:42
Aralarında ABŞ rəsmisi, hərbi bürokrat və siyasi fəalın olduğu yüzlərlə insanın şəxsi “Gmail” hesabı virtual hücuma məruz qalıb
ABŞ dövlət katibi Hillari Klinton “Google” şirkətinə aid e-mail sisteminə Çindən həyata keçirilən virtual hücum iddialarının “çox ciddi” olduğunu bildirib və bunun Federal Təhqiqatlar bürosu (FBI) tərəfindən araşdırıldığını deyib. Klinton jurnalistlərə verdiyi açıqlamada rəsmi Vaşinqtonun bu kimi kiber-cinayətlərə görə narahat oduğunu da vurğulayıb.

“Google” şirkəti isə “Gmail” istifadəçiləri arasında yüksəkçinli ABŞ rəsmilərinin olduğunu bildirib.

Xatırladaq ki, ötən gün “Google” şirkəti aralarında ABŞ rəsmisi, hərbi bürokrat və siyasi fəalın olduğu yüzlərlə insanın şəxsi “Gmail” hesabının virtual hücuma məruz qaldığını açıqlamışdı. Şirkət virtual hücumun mənbəyinin Çində hərbi akademiyanın olduğu bir şəhərdə tapdıqlarını bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar