Google Maps-ın səhvi Nikaraqua və Kosta-Rikanı müharibə həddinə çatdırdı
06 Noyabr 2010 Şənbə 01:40
Nikaraqua ordusu qonşu ölkənin ərazisinə girdi, Kosta-Rika prezidenti televiziya ilə xalqa müraciət etdi.
Google Maps xəritə xidmətinin səhvi üzündən Nikaraqua və Kosta-Rika arasında dövdət sərhədinin düzgün göstərilməməsi Latın Amerikasında müharibəyə səbəb ola bilərmiş. Bu barədə məlumatı “Exo Moskvı” radiostansiyası yayıb.
Kosta-Rika mətbuatının məlumatına görə, Nikaraqua ordusunun hissələri Karib dənizi sahillərində Kosta-Rikanın sərhəd ərazilərinə girib. Əsgərlər başqa ölkənin ərazisində bir neçə müvəqqəti düşərgə salıb, Nikaraqua bayrağı sancıb, qoruq massivində ağacları kəsib və bir sıra təsərrüfat işləri görüblər. Sonradan məlum olub ki, Nikaraqua ordusunun hissə komandiri düşərgə salarkən Google Maps onlayn xidmətindən yararlanıb. Xəritədə Nikaraqua və Kosta-Rika arasındakı dövlət sərhədi səhv göstərilibmiş.
İnsidet Kosta-Rikada böyük əks-səda doğurub. Ölkə prezidenti Laura Çinçilya dvlət televiziyası ilə çıxış edərək, ölkə ərazisnə müdaxiləni pisləyib. Google şirkətinin nümayəndələri isə xəritədəki səhvin səbəbini izah edə bilməyiblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: