"Google+" "Facebook" və "Twitter"i mat etdi
04 Avqust 2011 Cümə Axşamı 12:46
Sosial şəbəkə qısa müddətdə 25 mln istifadəçi topala bilib
İnternet nəhəngi “Google”un yeni fəaliyyətə başlayan sosial şəbəkəsi Google+ bütün rəqbilərini geridə qoyub. "Google+"ın auditoriyası artıq 25 milyon istifadəçiyə malikdir.

"comScore”un hesabatında qeyd edilir ki, "Google+ 25" milyonluq istifadəçisini iyulun 24-də, daha doğrusu fəaliyyətə başlamasından bir aydan az vaxta toplaya bilib. Saytın tədqiqatçları yazır ki, yeni sosial şəbəkənin istifadəçilərin hər gün orta hesabla milyondan artıq artır.

Qeyd edək ki, artım tempinə görə, "Google+" "Facebook" və "MySpace" sosial şəbəkələri, eləcə də "Twitter" mikrobloq xidmətini üstələyib. "Facebook” 25 milyon istifadəçi toplamaq üçün ən azı 3 il vaxt sərf etməli olub, analoji göstəricini qazanmaq üçün "Twitter”ə 2 il yarım, "Myspace"ə isə 1 il 10 ay vaxt lazım gəlib.

"Google+”ın ən çox istifadəçisi –təxminən 6,44 milyon nəfər ABŞ-ın, 3,62 nəfər isə Hindistanın payına düşür. Daha sonra Böyük Britaniya, Almaniya, Brazilya, Fransa və Tayvan gəlir.

Xatırladaq ki, "Google+" iyunun 28-də işə başlayıb. Sosial şəbəkədə "Facebook”un təsisçisi Mark Sukerberq də daxil olmaqla, bir sıra dünya məşhurları da qeydiyyadan keçib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar