Gömrük İttifaqı ölkeleri üçün nezaret güclenir
01 Oktyabr 2013 Çərşənbə Axşamı 08:51
Gömrük İttifaqı ölkeleri üçün nezaret güclenir. Rusiya baş naziri Dmitri Medvedev xüsusi serencam verib.
Rusiya baş naziri Dmitri Medvedev Gömrük İttifaqı ölkələri ilə sərhəddə gömrük inzibatçılığının təkmilləşdirilməsi üzrə yol xəritəsinə dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, yol xəritəsinin redaksiyasına yeni tədbirlər əlavə edilib. Onların ölçülmə qabiliyyətini təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlərin gözlənilən nəticələri dəqiqləşib. Həmçinin tədbirlərin icrası üçün zəruri olan hüquqi aktların növləri göstərilib.

"Yol xəritəsi tərəfindən nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, investisiya mühitinin yaxşılaşdırılması üçün Rusiya Federasiyasındakı şərait yaratmağa imkan verəcək”, - deyə nazirlər kabinetindən bildirilib.

Sənəd hökümət tapşırıqlarının həyat keçirilməsi üzrə iyunun 11-də baş tutmuş müşavirənin nəticələrinə və yol kartlarının Rusiyada investisiya mühitinin yaxşılaşdırılması üzrə Milli sahibkarlıq təşəbbüsünün həyata keçirilməsinə uyğun hazırlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar