Göktürk 2 səmaya buraxıldı
19 Dekabr 2012 Çərşənbə 10:37
Göktürk 2 Türkiyənin fəzaya göndərdiyi ikinci süni peykdir.
Türkiyənin Elm, Texnologiya Araşdırmalar Mərkəzindən (TÜBİTAK) baş nazir Rəcəb Tayyib Ərdoğanın da izlədiyi “Göktürk-2” süni kosmik peykin Çinin Jiuguan kosmodromundan fəzaya göndərilməsi ilə bağlı mərasim olub. Peykin buraxılması anını Ankara və Norveçdəki TÜBİTAK mütəxəssisləri də izləyiblər.

TÜBİTAK-ın sədri Yücel Altinbaşak mərasimdə bildirmişdir ki, dünyada 56 ölkənin süni peyki var. Lakin onlardan yalnız 25-i bu peykləri istehsal edir. “Göktürk-2” peykinin bəzi hissələri xaricdən alınsa da, Türkiyədə istehsal olunmuş ilk kəşfiyyat peykidir. Süni peyk 686 kilometr yüksəklikdə fəzaya qalxmışdır. Kosmosdan ilk siqnalın bir neçə saat sonra, görüntülərin isə 25 dekabrda Yerə göndərilməsi gözlənilir.

“Göktürk-2” Türkiyənin fəzaya göndərdiyi ikinci süni peykdir. İlk süni peyk olan “Rasat” keçən il Rusiyadan kosmosa göndərilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar