Gizli görüşdə 5 tələb qoyulub
02 İyul 2010 Cümə 12:35
Türkiyə İsrailin qarşısından geri çəkilmək istəmir.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bir gün əvvəl Brüsseldə 2,5 saat görüşdüyü İsrail sənaye və ticarət naziri Binyamin Ben-Eliezerə ölkəsinin 5 tələbi olduğunu deyib. Davudoğlu Eliezerdən bu tələbləri İsrail hökumət başçısı Binyamin Netahyahuya çatdırmağı xahiş edib.

Türkiyə mətbuatının məlumatına görə, tələblər aşağıdakı kimidir:

1. Qəzzaya yardım aparan gəmilərə təşkil edilən silahlı basqına görə üzr istənilsin;
2. Təzminat ödənilsin;
3. Baş verənləri ətraflı araşdırmaq üçün beynəlxalq və müstəqil bir komissiya yaradılsın;
4. Qəzzaya tətbiq edilən embarqo aradan qaldırılsın;
5. İsrailin hələ də saxladığı 3 gəmi dərhal sərbəst buraxılsın.

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr isə mətbuata bildiriblər ki, Ben-Eliezer bu görüşdə adi nazir kimi deyil, baş nazir Binyamin Netanyahunun “xüsusi nümayəndəsi” kimi iştirak edib.

Xarici İşlər Nazirliyinin nümayəndəsi Burak Özügərgin İsrail tərəfinin Türkiyənin tələblərini hökumət başçısına çatdıracağına söz verdiyini deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar