Gezi parkı bağlandı
28 İyul 2013 Bazar 23:09
Bu axşam Gezi parkında Yerüzü süfresi adlı iftar proqramının keçirileceyi gözlenilirdi.
Türkiyədə 2 aydır qalmaqalların mərkəzi olan “Gəzi parkı” yenidən bağlanıb. ANS PRESS “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, bölgəyə çevik polis alayı cəlb edilərək İstanbul Taksim meydanındakı “Gəzi parkı”na girişə məhdudiyyət qoyulub. Məlumata görə, bu axşam parkda “Yerüzü süfrəsi” adlı iftar proqramının keçiriləcəyi gözlənilirdi.

Bundan başqa PKK terror təşkilatının siyasi cəbhəsi olan Sülh və Demokratiya Partiyasının bir qrup üzvü də (BDP) “Gəzi parkı”nda iftar etməyə çalışıb və polis bu təşəbbüsün qarşısını alıb. Millət vəkili Səbahət Tuncerin də olduğu qrup parkın qarşısında oturaq aksiya keçirib.








DOSTLARINLA PAYLAŞ:

oyunlar