Gəzi parkı aksiyaları yenidən başlayır
14 İyul 2013 Bazar 16:17
Taksim meydanına daxil olmağa çalışan qruplara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə olunub.
Türkiyədə Gəzi parkı hadisələri yenidən numayişlərlə müşayət olunçağa başlayıb. İstanbulda bir qrup etirazçı məlum hadisələrlə yenidən dəstək aksiyası keçirib. Nəticədə polislə aksiya iştirakçıları arasında toqquşmalar yaranıb.
Şəhərin İstiqlal küçəsinə toplaşan və Taksim meydanına girməyə cəhd edən bir qrup aksiyaçıya polis müdaxilə etməli olub. Polis qüvvələrinin xəbərdarlıqlarına baxmayaraq, Taksim meydanına daxil olmağa çalışan qruplara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə olunub. Təzyiqlə qarşılaşan və ara küçələrə dağılan qruplarla polis arasında toqquşmalar gecə boyunca davam edib. Hadisə nəticəsində 4 nəfər şəxs polis tərəfindən saxlanılıb.
Hatay vilayətində də etirazçılarla polis arasında toqquşma yaşanıb. Məlumatlara görə, Əskişəhərdə Gəzi parkı hadisələrində xəsarət alan və xəstəxanada həyatını itirən Əli İsmayıl Korkmazın həmyerliləri etiraz aksiyası keçirməyə cəhd göstərib. Etirazçılar onların qarşısını gözyaşardıcı qaz və su şırnaqları ilə almağa çalışan polisə fişəng, daş və digər əşyalarla cavab verib. Hatay şəhərinin müxtəlif küçələrində etirazlar səhər saatlarına kimi davam edib.
DOSTLARINLA PAYLAŞ: