Geyiminə görə cərimələndi
11 Dekabr 2009 Cümə 11:00
Qadın niqab taxdığı üçün 200 avro ödəməli olub
Niqab taxan (üzü bütövlükdə bağlayan, yalnız gözləri açıq saxlayan müsəlman qadınlarının baş örtüyü) Brüssel sakini qadın cəzalandırılıb. O, ictimai yerdə gəzdiyi üçün 200 avro məbləğində cərimələnib. Belə ki, qadın uşaqlarını Etterbeek rayonundakı müsəlman məktəbinə aparırmış. Yerli qanunlara görə, adıçəkilən rayonda karnavallar istisna olmaqla, başqa vaxt üzü bağlı gəzmək qadağandır.

Qadına bu cür geyimlə ictimai təhlükəsizliyi pozması barədə atrıq bir dəfə xəbərdarlıq edilib və o, 35 avro cərimə olunub. Ancaq o bu xəbərdarlığa məhəl qoymayıb. Qadın məhkəməyə müraciət edəcəyini bildirib.
Rayonun burqomistri Vinsent de Volf isə cərimə barədə qərarın ləğv edilməyəcəyini deyib: “ Qaydalar hamı üçündür”.

Qeyd edək ki, Belçikada 600 minə yaxın müsəlman yaşayır. Qadınlar adətən üzlərini açıq saxlayan hicabdan istifadə edirlər. Ancaq bu da ictimai yerlərdə və xüsusilə təhsil müəssisələrində belçikalılar tərəfindən birmənalı qarşılanmır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar