General Motors şirkətinin2,4 milyon avtomobili xarab çıxdı
20 May 2014 Çərşənbə Axşamı 23:52
Amerikanın iri avtomobil konserni General Motors təhlükəsizlikdə yaranmış problem üzündən ABŞ-dan 2,4 milyon avtomobili geri çağırmaq niyyətindədir.
ANS PRESS-in məlumatına görə, “GM”dən bildiriblər ki, geri çağırılmış avtomobillərdəki nasazlığı aradan qaldırmaq üçün təxminən 400 mln dollar xərclənəcək. Bu məbləğ keçən həftə səsləndirilmiş qiymətdən iki dəfə çoxdur. Konserndən bildirirlər ki, aşkarlanmış nasazlıq hələ heç kimin ölümünə səbəb olmayıb.

Keçər həftə ABŞ hakimiyyəti “General Motors”a 35 mln dollar cərimə kəsib. Buna səbəb şirkətin yanma kilidi nasaz olan kiçik litrajlı avtomobilləri vaxtında geri çağırmaması olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar