Qızda xroniki sümük xəstəliyi olub, bunun nəticəsində kəllə sümüyünün qalınlığı 1,5-5 sm artıb.
Niderlandlı 22 yaşlı qızın kəllə sümüyünun yuxarı hissəsini çıxararaq yerinə 3D-printerdə çap edilmiş plastik kəllə köçürüblər.
ANS PRESS-in məlumatına görə, qızda xroniki sümük xəstəliyi olub, bunun nəticəsində kəllə sümüyünün qalınlığı 1,5-5 sm artıb. Bunun nəticəsində qızın görməsində problem yaranıb və baş ağrıları başlayıb.
Yeni kəllə yarım şəffaf plastikdən hazırlanıb. Əməliyyat 23 saat çəkib. Əməliyyatı Utreht Universitetinin tibb mərkəzində aparıblar. Universitet təmsilçilərinin dediyinə görə, bu, dünya üzrə ilk kəllə sümüyü köçürülməsidir. İmplantat fərdi sifariş əsasında hazırlanıb.