Gənc milyonçu U İni edam olunacaq
18 Dekabr 2009 Cümə 20:20
U İni saxta yolla pul qazanmaqda ittiham edilir
Çinin Szinxua şəhər orta instansiya məhkəməsi ölkənin ən gənc milyonçu qadını U İni ölüm hökmünə məhkum edib. Məhkəmə 28 yaşlı biznesmeni saxta yolla 384 milyon yuan (56 mln. dollar) əldə etməkdə təqsirkar bilərək onun üçün ağır cəza müəyyən edib.

Xanım sahibkar piramida şəkilli sxemdən istifadə edərək və yüksək faizlər vəd edərək 184 səhmdarın milyonlarla vəsaitini mənimsəyib. Bu vəsaitləri isə o şəxsi ehtiyaclarına sərf edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar