Gelinler üçün bakirelik testi
27 İyul 2013 Şənbə 03:46
Gürcüstanda nikah bağlamazdan əvvəl gələcək gəlinlər bakirəlik testindən keçməli olurlar.
Gürcüstanda nikah bağlamazdan əvvəl gələcək gəlinlər bakirəlik testindən keçməli olurlar.
Gürcüstanın “İmedi” telekanalı xəbər verir ki, müstəqil Milli Ekspertiza Bürosu belə bir testi 175 lariyə, (yəni təxminən 50 manata) keçirir, lakin cavab daha tez lazımdırsa, bir qədər çox pul ödəmək lazım gəlir.
Milli statistikaya görə bu məbləğ, Gürcüstanda bir nəfərin aylıq dolanışıq xərcləri qədərdir.
Büronun tibb eksperti Eka Çavleyişvili bildirir ki, gələcək gəlinlər bakirəlik testinə qohumlarının, gələcək ərlərinin və hətta gələcək qayınanalarının müşayiətilə gəlirlər.
Ortodoks xristian ölkəsi olan Gürcüstanda nikaha qədər bakirəlik mühüm hesab edilir, lakin heç də hamı bakirəliyin bu sayaq arayışla təsdiqlənməsindən razı deyil.
Bir gənc telekanalın müxbirinə bildirib ki, belə bir test “iyrəncdir”.
İnternetdə isə bu testlər hətta lağa qoyulub. Saytlardan birində bakirəliyin “müxtəlif dərəcələrini” göstərən kimlik vəsiqəsinin şəkli yerləşdirilib.
DOSTLARINLA PAYLAŞ: