Gəlin qız doğdu,qayınanası onu boğdu
31 Yanvar 2012 Çərşənbə Axşamı 11:53
Əfqanıstanda 22 yaşlı qadın cahilliyin qurbanı olub.
Əfqanıstanda tükürpədici hadisə baş verib. ANS PRESS-in xarici mətbuata istinadla verdiyi məlumata görə, Qunduz əyalətində dünyaya üçüncü dəfə qız uşağı gətirən qadın qətlə yetirilib. Onu öz qayınanası boğaraq öldürüb. Gəlinin əridə cinayətdə iştirakda ittiham edilir. Gəlinini öldürməkdə ittiham edilən qadın saxlanılsa da, onun oğlu axtarışdadır.
Qonşularının sözlərinə görə, dünyasının dəyişən gənc qadın hamiləlik vaxtı körpələri qız olduğuna görə həyat yoldaşı Şir Məhəmməd tərəfindən daim qınanırmış.
Qeyd edək ki, Əfqanıstanda qadınlar zorakılığa daha çox məruz qalırlar. Bu ölkədə oğlan uşaqlarının doğulması əsl bayram sayılır. Belə ki, əhalisinin böyük hissəsi yoxsulluq səviyyəsində yaşayan ölkədə ailələr oğlan uşaqlarını dolanışıq qaynağı olaraq görür.
DOSTLARINLA PAYLAŞ: