Gələn ilin ilk yarısında dünya əhalisinin sayı 7 milyardı keçəcək
30 Dekabr 2010 Cümə Axşamı 06:30
Hal-hazırda dünyada hər saniyədə 2.6 uşaq doğulur
2011-ci ilin ilk günü dünya əhalisi 6 milyard 934 milyon 196 minə çatacaq. Bu barədə məlumatı Almaniyada olan “Dünya Əhalisi” təşkilatı (DSW) yayıb. Məlumata görə, planetdə hər saniyədə 2.6 uşaq dünyaya gəlir. Araşdırmalarını bu məlumatlar istiqamətində aparan qurum gələn ilin ortasında dünya əhalisinin 7 milyardı keçəcəyini bildirir. Qeyd edək ki, məlumatlarda dünya əhalisinin 82 faizinin inkişaf etməkdə olan ölkələrdə yaşadığı bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar