Gələn ay İrəvandan Türkiyəyə təyyarə reysi başlayacaq
02 Mart 2013 Şənbə 07:59
Türkiyə Turist Assosiasiyasının erməni əsilli nümayəndəsi: Ermənilər məzuniyyətlərini Türkiyədə keçirmək istəyirlər.
Bu il aprelin 3-də İrəvan-Van-İrəvan marşrutu ilə ilk təyyarə reysi həyata keçiriləcək. ANS PRESS-in məlumatına görə, bunu Türkiyə Turist Assosiasiyasının nümayəndəsi, TURSAB şirkətinin baş meneceri Çingiz Kelekci bildirib. Onun sözlərinə görə, çarter reyslərinin həftədə iki dəfə həyata keçirilməsi planlaşdırılır. Uçuş 33 dəqiqə davam edəcək.
“Türkiyə ilə Ermənistan arasında turizmin inkişafı üçün ən böyük əngəl İrəvan-İstanbul-İrəvan birbaşa reysinin olmamasıdır”, - Türkiyə Turist Assosiasiyasının nümayəndəsi bildirib. O, deyib ki, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin olmaması böyüdülməməlidir. Çünki, turizm biznesdir: “Biz bilirik ki, bir çox erməni məzuniyyətini Türkiyədə keçirmək istəyir”.
Çingiz Keleci erməni qarışığı olduğunu da etiraf edib: “Mənim nənəm erməni olub. Artız üç gündür İrəvandayam və özümü qərib ölkədəki kimi hiss etmirəm. Burada vaxtilə nənəmin hazırladığı xörəklərdən yedim. Dünyanın ən dadlı suyu Ermənistandadır. Heç bir yerdə belə su içməmişəm”.
DOSTLARINLA PAYLAŞ: