güclü külək Gədəbəy rayonuna da ziyan vurub. Daxili İşlər Nazirliyinin məlumatına görə, güclü küləyin təsirindən aryonun 11 kəndinin ərazisində ümumilikdə 47 ədəd işıq dirəyi aşıb, 35-40 ədəd fərdi evin dam örtükləri yararsız hala düşüb. Rayonun Gərgər kəndində isə kənd sakini Xasay İsmayılova məxsus 2 mərtəbəli ev uçub. Nəticədə Xasay İsmayılov, arvadı Qərənfil, qızı Röyal və oğlu Tural müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. /ANS PRESS/