Gecə yarısına qədər kompüterdə oyun oynayan 41 yaşlı kişi öldü
11 Yanvar 2013 Cümə 14:47
Kişi komputer qarşısında oyun oynarkən halı dəyişib və qəfil dünyasını dəyişib.
Türkiyənin Beşiktaş rayonunda yaşayan 41 yaşlı 2 uşaq atası olan kişi kompüter qarşısında ölüb. ANS PRESS-in “TRT Haber” saytına istinadən verdiyi məlumata görə, Burak Kaya kompüter qarşısında oyun oynarkən halı dəyişib və qəfil dünyasını dəyişib.

Belə ki, 2 uşaq atası olan B.Kaya işdən evə gəlib və yemək yedikdən sonra ailə üzvləri ilə bir az vaxt keçirib. Daha sonra o kompüterdə internetə girib və oyun oynamağa başalayıb.

Gecə saat 03:00 radələrinə qədər oyun oynayan B.Kaya kompüter qarşısında özünü çox narahat hiss edib. Özünü is hiss edən Kaya həkim çağırıb. Həkimlər gələnə qədər B.Kayanın öldüyünü müəyyən ediblər.

Onun ölümünün şübhəli olduğunu deyən həkimlər polis çağırıblar. Hadisə yerini müayinə edən polislər ölümlə bağlı cinayət işi açıb. Onun ölümünün səbəbləri araşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar