G20 sammiti ərəfəsində ilk toqquşmalar baş verib
25 Sentyabr 2009 Cümə 01:45
Pittsburqda keçirilən nümayiş zamanı iştirakçılarla polis əməkdaşları arasında qarşıdurma yaranıb
Pittsburqda keçirilən nümayiş zamanı iştirakçılarla polis əməkdaşları arasında ilk toqquşmalar baş verib. İnsident qloballaşma əleyhdarları və “yaşıllar”ın şəhər mərkəzindən bir neçə məhəllə aralıda yerləşən Lorensaillada yaranıb. Nümayişin gedişində yaylım atəşinə bənzər güclü partlayış səsi eşidilib. Bundan sonra insident yerinə iki helikopter göndərilib.
Yerli polisin məlumatına görə, nümayiş iştirakçıları onlara aksiya keçirməyə icazə verilmiş bölgəni tərk etməyə cəhd göstəriblər. Onlar polisin dayanmaq çağırışlarına məhəl qoymayıblar və ərazini mühasirəyə almış asayiş keşikçilərinə daş və şüşə qablar atmağa başlayıblar. Bir neçə xəbərdarlıqdan sonra polis əməkdaşları tüstü şaşkaları və səs siqnallarından istifadə ediblər.
Aksiya iştirakçılarından biri isə bildirib ki, marşa ABŞ-ın müxtəlif ştatlarından təxminən 600 nəfər toplaşıb. Onlar vergi ödəyiciləri hesabına bank sektoruna əsassız dəstəyin dayandırılmasını tələb ediblər. Aksiya iştirakçıları hökuməti ətraf mühitin qorunması, insan hüquqlarının müdafiəsi və heyvanların qorunması məsələlərinə daha çox diqqət ayırmağa da çatırıblar.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: