"G-8" qarşı çılpaq aksiya
27 İyun 2010 Bazar 11:25
Beynəlxalq yardım qrupunun üzvləri böyük səkkizliyin liderlərinə etiraz ediblər
Kanadanın Toronto şəhərində işinə başlayan “Böyük səkkizliy”in samitinə qarşı çılpaq etiraz aksiyası keçirilib. Dünya liderlərinin iqtisadiyyat, yoxsulluq, uşaq ölümləri, QİÇS kimi problemləri müzakirə etdikləri sammitə qarşı qeyri-adi aksiya Kanadad baş tutub. Qksiyanı beynəlxalq yardım qrupu olan “Oxfam” üzvləri keçiriblər. Onların əsas hədəfi isə dünyanın 8 böyük ölkəsinin liderləri olub. Aksiya iştirakçıları Kanadanın baş naziri Stefen Harper, İtaliyanı baş naziri Silvio Berluskoni, Rusiya prezidenti Dmitri Medvedev, Fransanın dövlət başçısı Nikola Sarkozi, ABŞ rəhbəri Barak Obama, Almaniya kansleri Angela Merkel, İngiltərənin baş naziri Devid Kameron və Yaponiyanın baş naziri Naoto Kan qiyafəsinə girərək demək olarki çılpaq şəkillər çəkdiriblər. Dövlət rəsmilərinə məxsus maskalar taxan etirazçıla yalnız bədənlərinin müəyyən yerlərini yarpaqla örtüblər. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar